Tramp ən uzun nitq söyləyib
ABŞ prezidenti Donald Tramp müasir tarixdə Konqresin birgə iclasında ən uzun nitq söyləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Hill” yazıb.
Nəşr qeyd edib ki, ABŞ prezidenti az qala 100 dəqiqə danışıb. O, yalnız impiçment tələb edən democrat konqresmenin zaldan çıxarılması zamanı niqinə qısa ara verib.
Trampın çıxışından əvvəl bu record Bill Klintona məxsus idi. O, Konqresə ölkədəki vəziyyətlə bağlı müraciət edərkən, onun nitqi 1 saat 28 dəqiqədən çox olmuşdu.
Xatirə SADİQ