Müttəfiqlərinin ABŞ-yə etimadı sarsılıb – “NBC News”

ABŞ tərəfdaşları Moskva ilə yaxınlaşdığına görə Vaşinqtonla kəşfiyyat məlumatlarını bölüşməkdən çəkinirlər.

Mar 6, 2025 - 16:07
Müttəfiqlərinin ABŞ-yə etimadı sarsılıb – “NBC News”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, ABŞ-nin bəzi müttəfiqləri Tramp administrasiyasının Rusiyaya qarşı barışdırıcı yanaşmasına cavab olaraq Vaşinqtonla paylaşdıqları kəşfiyyat məlumatlarının həcmini azaltmağı nəzərdən keçirirlər.

Onlar məlumatların ABŞ-a ötürülməsi səbəbindən agentlərinin zərər çəkə biləcəyindən qorxurlar. İsrail, Səudiyyə Ərəbistanı və ingilisdilli ölkələrin (Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya) “Five Eyes” adlı casus alyansının üzvləri də daxil olmaqla müttəfiqlər mövcud kəşfiyyat məlumatlarının mübadiləsi protokollarının yenidən qurulması imkanlarını araşdırırlar.

Xatirə SADİQ