G7 liderləri Rusiyaya təzyiq variantlarını araşdırmağa hazırlaşırlar - Mark Karni
G7 liderləri ABŞ prezidenti Donald Trampın Ukraynada ədalətli və davamlı sülhə nail olmağa yönələn səylərini dəstəklədiklərini və Rusiyaya maksimum təzyiq üçün bütün variantları “araşdırmağa” kökləndiklərini bildiriblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə G7 sammitinə sədrlik edən Kanadanın baş naziri Mark Karninin bəyanatında deyilir.
“G7 liderləri prezident Trampın Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərini dəstəklədiklərini bildiriblər. Onlar Ukraynanın qeyd-şərtsiz atəşkəsə sadiq qaldığını etiraf ediblər və Rusiyanın da eyni addımı atması ilə bağlı razılığa gəliblər.
G7 liderləri maliyyə sanksiyaları da daxil olmaqla Rusiyaya maksimum təzyiq üçün bütün variantları araşdırmaqda qərarlıdırlar.
G7 liderləri Ukrayna prezidenti Volodimir Zelenski və NATO baş katibi Mark Rutte ilə görüşərək güclü və suveren Ukraynaya dəstəklərini, o cümlədən müdafiə, bərpa və yenidənqurma üçün büdcə dəstəyini müzakirə ediblər”, - deyə bəyanatda bildirilir.
Karninin bəyanatı 15-17 iyun tarixlərində Alberta ştatının Kananaskis şəhərində keçirilən G7 sammitinin nəticələrini əks etdirir. Bəyanatda digər mövzular arasında Ukraynadakı müharibədən də bəhs edilir.
“Reuters” agentliyinin məlumatına görə, ABŞ-n müqaviməti səbəbindən G7 Ukraynadakı müharibə ilə bağlı vahid bəyanat yaymayıb . Amma Mark Karninin G7 sədri kimi bəyanatını formatın digər liderləri imzalamamalıdır.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski işğalçı Rusiyanın Kiyevi bombardman etməsi və ABŞ prezidenti Donald Trampın G7 sammitini vaxtından öncə tərk etməsi səbəbindən Kanadaya səfərini yarımçıq qoyub.
Xatirə SADİQ