Paşinyandan daha bir həmlə – Karapetyanın şirkəti milliləşdirilir
Ermənistan parlamenti İrəvanda saxlanılan rusiyalı biznesmen Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkəsi” şirkətinin milliləşdirilməsinə icazə verən qanun qəbul edib.
SAVASHMEDİA.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
“Qanun layihəsi 65 lehinə, 27 əleyhinə və bitərəf olmaqla qəbul edilib”, - deyə Ermənistan parlamentinin sədri Alen Simonyan “Energetika haqqında” qanuna əlavələr və dəyişikliklərin edilməsi haqqında qanun layihəsinə və “Dövlət xidmətlərini tənzimləyən orqan haqqında” qanuna əlavələr edilməsinə dair” qanun layihəsinə səsvermənin nəticələrini açıqlayarkən deyib.
Qanunvericilik orqanında bu təşəbbüslə bağlı müzakirələr iyulun 1-də başlayıb. İyulun 2-də qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
İyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Karapetyanı saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. İrəvan məhkəməsi onu iki ay müddətinə həbs edib. Bundan sonra Karapetyanın biznesinə qarşı yoxlamalara başlanılıb, Yerevanda və ölkənin regionlarında “Pizza Taşir” MMC-nin bir sıra pitseriyaları bağlanıb
Xatirə SADİQ