Konqresmenlərdən təklif - “İsrailə B-2 bombardmançıları verilsin”

Amerika qanunvericiləri İranın nüvə silahı hazırlayacağı təqdirdə ABŞ-nin İsrailə B-2 bombardmançıları və bunker əleyhinə bombalar verməsini təklif ediblər.

Jul 3, 2025 - 12:07
Konqresmenlərdən təklif - “İsrailə B-2 bombardmançıları verilsin”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. 

Nyu-Cersi ştatından olan demokrat Coş Qotteymer və Nyu-Yorkdan olan respublikaçı Mayk Louler tərəfindən təqdim edilən bunker bombaları əleyhinə qanun layihəsi ABŞ prezidentinə “İran nüvə silahı hazırlamağa cəhd edərsə, İsrailin bütün gözlənilməz hallara hazır olmasını təmin etmək üçün tədbirlər görməyə”  imkan verəcək.

2024-cü ilə olan vəziyyətə görə ABŞ-də 19 B-2 istismarda olub. ABŞ B-2 gizli bombardmançılarını heç bir müttəfiqinə ötürmür.

“İsrail İrana qarşı özünü müdafiə etmək imkanına malik olmalı və İranın nüvə potensialını yenidən qura bilməməsinə təminat verməlidir. Bu qanun layihəsi prezidentə Tehranı çəkindirmək və daha təhlükəsiz dünya yaratmaq üçün İsrailə zəruri olan vasitələrlə və təlimlə təchiz etmək səlahiyyəti verir”, - deyə Louler bildirib. 

Xatirə SADİQ