Oğlu amansızlıqla döyüb, qızı qətlini sifariş edib... – Güllünün ölümü ilə bağlı YENİ FAKT + FOTO
Həyatını itirən məşhur türkiyəli müğənni Güllü haqqında daha bir fakt açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, “Bu sabah” proqramında müğənninin ölümündən 3 ay öncə oğlu Tuğberk Yağız tərəfindən amansızlıqla döyüldüyü bildirilib. Hətta məşhur müğənni bu hadisədən sonra Qadına Dəstək Proqramına (KADES) müraciət edərək onu qorumaları üçün kömək istəyib. Bu fakt KADES-in qeydlərində də əks olunub.
Qeyd edək ki, bundan bir neçə gün öncə Güllünün İstanbulda səhnəyə çıxdığı əyləncə məkanlarından birinin sahibi Ferdi Aydın müğənnini qızı Tuğyan Ülkem Gülterin öldürdüyünü iddia edib.
Aydın bildirib ki, əlində Tuğyanın anasını öldürdüyünə dair sübutlar var. Qızı Güllünü qətlə yetirdiyini ailə dostları olan Bircan adlı qadına şəxsən özü “Whatsapp” yazışmasında və atdığı səs yazılarında etiraf edib. Sonra isə qadının evinə basqın edərək telefonunu alıb və yazışmaları silib. Lakin yazışmalar və səs yazıları bərpa olunaraq sübut kimi Yalova ədliyyəsinə təqdim edilib.
Tuğyan Ülkem Gülterin yazdığı “Whatsapp” mesajlarının ictimaiyyətə açıqlanan hissəsində dəfələrlə anasının ölməsini istədiyi, hətta anasını öldürməsi üçün bir qadına sifariş verdiyi də görünür.
Xatırladaq ki, müğənni Güllü (Gül Tut) sentyabrın 26-da Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindən düşərək həyatını itirib. Övladları verdikləri ifadədə analarının qaraçı rəqsi edərkən sürüşərək açıq olan pəncərədən yıxıldığını bildirmişdilər. Lakin Güllünü tanıyanlar və sənət dostları onun cinayətə qurban getdiyi düşüncəsində idilər.
Banu
Fotoda: Güllü və oğlu Tuğberk Yağız