Ölkədən qaçdığı deyilən Gültəkin Hacıbəylidən AÇIQLAMA
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ölkədən qaçması ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
O, Türkiyəyə getdiyini etiraf etsə də, ölkədən qaçmadığını bildirib: "Sentyabrın 25-dən Türkiyədə oğlumun yanındayam. Həmişə oğlumun yanına gedib-gəlirəm. Bunun Ramiz Mehdiyevlə nə əlaqəsi?"
Xatırladaq ki, bundan öncə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə işbirliyinin ortaya çıxması səbəbindən ölkədən qaçdığı haqda məlumat yayılmışdı.
Oğuz