Sinan Oğanın son halı gündəm oldu – Ağır xəstədir... + FOTO

Türkiyədə 2023-cü ildəki prezident seçkilərindən sonra görünməyən siyasətçi Sinan Oğan dünən Respublika Günü münasibətilə təşkil edilən ziyafətə qatılıb.

Oct 30, 2025 - 15:25
Sinan Oğanın son halı gündəm oldu – Ağır xəstədir... + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, uzun zamandan sonra ortaya çıxan Sinan Oğan tökülən saçları ilə diqqət çəkib.

Bəziləri Oğanın saçının ağır xəstəlik səbəbindən töküldüyünü iddia etsələr də, bəziləri siyasətçinin başında saçqıran olduğunu bildiriblər. Sinan Oğan isə jurnalistlərin heç bir sualına cavab vermədən tədbiri tərk edib. 

Qeyd edək ki, 56 yaşlı Sinan Oğan Iğdırda doğulub, əslən Azərbaycan türküdür. Iğdırdan millət vəkili seçilib. S. Oğan 2023-cü il martın 26-da ATA Alyansının prezidentliyə namizədi olub. Seçkilərdə 5,17 faiz səs (2,831,239 səs) toplayıb. 2023-cü il seçkilərində heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilmədiyi üçün seçkinin ikinci turuna gedilib. S. Oğan ikinci turda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Türkiyənin müxalif Anahtar Partiyasının sədri Yavuz Ağıralioğlu Sinan Oğanı seçkini 50 milyon dollar qarşılığında satmaqda ittiham edib.

Banu

Fotoda: Sinan Oğan