“Bu, Almaniya tarixində ilkdir” - “Der Spiegel”
Almaniya tarixində ilk dəfə olaraq Bundestaq birinci cəhddən kansleri seçə bilməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazır.
“Bəs indi nə olacaq? Almaniya Federativ Respublikası qanunvericiliyinə görə, əgər kansler seçilə bilməzsə, Bundestaq 14 gün ərzində yeni kansleri seçməlidir”, - deyə nəşr vurğulayıb.
Bu müddət ərzində mühafizəkarların namizədi Fridrix Merts namizədliyini irəli sürərək bəxtini bir daha sınaya bilər. Qaydalar eynidir: kanslerə 316 səs toplamaq lazımdır (koalisiyada 328 səs var).
Kansler ikinci dəfə seçilməsə, ən çox səs toplayan namizəd üçüncü cəhddə bu vəzifəni tutacaq.
Digər variant isə odur ki, prezident yeddi gün ərzində Bundestaqı buraxıb, yeni seçkilər təyin edə bilər.
Hələlik isə kansler Olaf Şolts varisi seçilənədək vəzifəsini davam etdirəcək.
Xatirə SADİQ