230 miqrant ölümün caynağından döndü – La-Manşda 

Bazar günü ərzində kiçik qayıqlarla Böyük Britaniya sahillərinə çatmağa çalışan 230-a yaxın miqrant La-Manş boğazında xilas edilib. 

Feb 10, 2025 - 13:30
230 miqrant ölümün caynağından döndü – La-Manşda 

SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə “Franse-Presse” agentliyi məlumat yayıb.

Pa-de-Kale prefekturasının bildirdiyinə görə, miqrantlardan ikisinin meyiti bir-birindən 300 metr aralıda saat 14:00-dan 16:00-a qədər sahildə tapılıb. Ehtimal olunur ki, onlar qayığa sığmayan və ya yola düşərkən ona minməyə çatışmayan və təkbaşına ona yetişməyə çalışan miqrantlardır.

Səhər yola düşdükdən qısa müddət sonra, təxminən 60 nəfərin içində olduğu üfürmə qayıq hava buraxıb. Sonra təxminən 40 nəfərin olduğu başqa miqrant qayığından qəza çağırışı gəlib.

Gün ərzində Fransa tərəfi 230 miqrantı xilas edib, onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

2024-cü ildən bəri La-Manş vasitəsilə Britaniyaya çatmağa çalışan azı 77 miqrant ölüb. Prefektura hesab edir ki, bu, 2018-ci ildən bəri ən yüksək rəqəmdir.

Böyük Britaniya hökuməti La-Manş boğazı boyunca qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə dənizdə həyata təhlükənin yaradılmasını cinayət hesab etməyi təklif edib. 

Xatirə SADİQ