Bacısı oğlundan sonra növbə Sərdar Cəlaloğlunundur? - Mehdiyev işi

Məlum olduğu kimi, hüquq-mühafizə orqanları “Hurriyyet TV”də əməliyyat keçirib.

Oct 30, 2025 - 16:18
Bacısı oğlundan sonra növbə Sərdar Cəlaloğlunundur? - Mehdiyev işi

SAVASHMEDİA.az xatırladır ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Eyni binada fəaliyyət göstərən "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin isə izahatı alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.

Məlumata görə, “Hürriyyət”ə məxsus ofisdə axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

Məlumat üçün bildirək ki, "Hüriyyət" qəzeti Azərbaycan Demokrat Partiyasının mərkəzi qərargahında fəaliyyət göstərir. Nəşrin təsisçisi isə ADP sədri Sərdar Cəlaloğludur.

Diqqətçəkən məqamlardan biri isə saxlanılan Vüqar Məmmədovun Sədrdar Cəlaloğlunun bacısı oğlu olmasıdır.

Bütün bunlar isə ADP sədrinin də istintaqa cəlb edilə biləcəyi ehtimalını artırır.

Oğuz