Zelenski ABŞ-nin 28 bəndlik sülh planını "ləyaqətsiz" adlandırdı - Xalqa çağırış

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin qarşıda çox ağır seçimlə üz-üzə qala biləcəyini bildirib.

Nov 21, 2025 - 20:08
Nov 21, 2025 - 20:10
Zelenski ABŞ-nin 28 bəndlik sülh planını "ləyaqətsiz" adlandırdı - Xalqa çağırış

SAVASHMEDİA.az xəbər verir ki, dövlət başçısı bu barədə ölkə vətəndaşlarına etdiyi müraciətdə danışıb.

Onun sözlərinə görə, Kiyev hazırda ABŞ administrasiyası tərəfindən təqdim olunan 28 maddəlik plan və qarşıdakı çətin qış mövsümü arasında seçim etməli ola bilər:

“Ukrayna çox çətin seçim qarşısında qala bilər: ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski. Ya 28 ağır bənd, ya da ən çətin qış və ondan sonrakı təhlükələr”.

Qeyd edək ki, Prezident planın detallarını açıqlamayıb.

Oğuz