Putin Bakı ilə münasibətlərin pozulmasından DANIŞDI - "Geridə qaldı"

Azərbaycanla münasibətlərdəki gərgin dövr geridə qalıb və tərəflər qarşılıqlı etimada əsaslanan əməkdaşlığı davam etdirəcəklər.

Oct 10, 2025 - 17:12
Putin Bakı ilə münasibətlərin pozulmasından DANIŞDI - "Geridə qaldı"

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Düşənbədə jurnalistlərə bildirib.

“Bilirsiniz, mən hətta deməzdim ki, biz dövlətlərarası münasibətlərdə hansısa böhran yaşadıq. Niyə? Əgər bu, dövlətlərarası münasibətlərdə böhran olsaydı, o zaman bizim ticarət və iqtisadi əlaqələrdə artımımız olmazdı. Amma o, qarşılaşdığımız hər şeyə baxmayaraq, hər halda artım, özü də əhəmiyyətli artım davam edirdi. Bunun nəyi dövlətlərarası münasibətlərdə böhrandır? Mən deyərdim ki, bu, əslində emosiyalar böhranı idi. Əlbəttə, nəyə görə aydındır. Çünki biz çox ağır hadisə, faciəvi hadisə – təyyarənin və onun sərnişinlərinin məhvi ilə üzləşdik. Buna görə də sakitliklə araşdırmaq lazımd idi. Bizə vaxt lazım idi”, - deyə Putin vurğulayıb.

Xatirə SADİQ