Putin Lavrovu "əsas heyət"də oynatmayacaq - Adı siyahıdan çıxarılıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda keçiriləcək Ukrayna üzrə danışıqlarda iştirak etməyəcək.
SAVASHMEDİA.az Rusiya mətbuatına istinadla xəbər verir ki, onun adı son anda siyahıdan çıxarılıb.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov İstanbulda keçiriləcək danışıqların tərkibi barədə açıqlama verərək bildirib ki, Rusiya nümayəndə heyətinin tərkibi yalnız Rusiya Prezidenti Vladimir Putinin müvafiq qərarı ilə müəyyənləşəcək.
Hələlik Rusiya Federasiyasını kimin təmsil edəcəyi rəsmi olaraq açıqlanmayıb.
Səlcuq