Putindən "ikinci arvad" zarafatına reaksiya - "Əsl müsəlmanın cavabı idi"

Rusiya prezidenti Vladimir Putin Malayziyanın baş naziri Ənvər İbrahimdən tapmacaya cavab verməsini xahiş edib.

May 14, 2025 - 18:58
Putindən "ikinci arvad" zarafatına reaksiya - "Əsl müsəlmanın cavabı idi"

SAVASHMEDİA.az xəbər verir ki, onların bu dialoqu üç taxtın yerləşdiyi Kremlin Müqəddəs Endryu zalını ziyarət edərkən baş verib.

Putin zarafatla İbrahimdən üçüncü taxt-tacın kimin üçün nəzərdə tutulduğunu soruşub:

"Baş nazirə dedim ki, Müqəddəs Endryu zalında üç taxt var. Bir taxt kralındır, ikincisi onun arvadının, bə üçüncü taxt kimin üçün nəzərdə tutulub? Baş nazir tərəddüd etmədən cavab verdi: "İkinci arvad üçün". 

Putin Malayziyanın baş naziri ilə görüşdən sonra jurnalistlərə həmin əhvalatı danışaraq belə deyib: “Bu, əsl müsəlmanın cavabı idi".

Oğuz