Ukrayna bu əraziləri robotlarla ələ keçirib - Zelenskidən AÇIQLAMA
“Düşmən mövqeləri robot sistemləri və dronlar vasitəsilə ələ keçirilib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Zelenski bildirib ki, rusiyalı hərbçilərin mövqelərini ələ keçirmək üçün təşkil olunmuş əməliyyatda piyada qüvvələri iştirak etməyiblər. Robot sistemləri və pilotsuz uçuş aparatları (PUA) əməliyyatı uğurla sona çatdırıb. Robotlar əsgərlərin girməkdə çətinlik çəkdiyi ən təhlükəli əraziyə girməyə müvəffəq olublar.
Ukraynanın həyata keçirdiyi bu əməliyyat hərb tarixində yenilik kimi qəbul olunub.
Ekspertlər bildirib ki, Rusiya-Ukrayna müharibəsi pilotsuz sistemlərin intensiv istifadəsi ilə hərbi doktrinaları kökündən dəyişib. Ukraynanın son hərbi əməliyyatı göstərib ki, robotlar yalnız hücumları deyil, həm də mövqeləri birbaşa ələ keçirmək kimi yerüstü əməliyyatları həyata keçirə bilirlər.
Hərbi analitiklərə görə, bu cür əməliyyatların geniş yayılması döyüş meydanında itkiləri azaldacaq, lakin müharibəni daha texnologiya yönümlü edəcək.
Banu