"Tənək budayanda nərdivan sürüşdü, arxası üstə yıxıldım" - Tahir Kərimli zədə aldı
Sabiq deputat, "Vəhdət" Partiyasının keçmiş sədri Tahir Kərimli ayağının sınması barədə yayılan xəbərlərə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, keçmiş partiya sədri pravda.az-a açıqlamasında hadisənin bir ay öncə baş verdiyini deyib.
“Təxminən, bir ay əvvəl üzüm çardağında tənəyi budayan zaman nərdivan sürüşdü və arxası üstə yıxıldım. Əzildim, amma sınıq yoxdur. Bakıya gəlmişəm. Hadisənin üstündən xeyli müddət keçib, xəbər necə yayılıb, bilmirəm. İndi bir az ağrı var, amma yaxşıyam”.