Tramp tezliklə Rusiyaya qarşı sərt mövqe tutacaq – ABŞ prezidentinin dostu

ABŞ prezidenti Donald Trampın tezliklə Rusiyaya qarşı mövqeyini sərtləşdirməsi gözlənilir.

Sep 18, 2025 - 17:02
Tramp tezliklə Rusiyaya qarşı sərt mövqe tutacaq – ABŞ prezidentinin dostu

SAVASHMEDİA.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu proqnozla “Newsmax” şirkətinin baş direktoru, Trampın dostu Kristofer Ruddi çıxış edib.

“Prezident Tramp bəzilərinin düşündüyü kimi Ukrayna əleyhinə deyil və o, öz mövqeyini əhəmiyyətli dərəcədə dəyişib. Və mən düşünürəm ki, biz qarşıdakı həftələrdə və aylarda daha aqressiv hərəkətlərin şahidi olacağıq”, - deyə Raddi vurğulayıb.

O, əlavə edib ki, Tramp Putini “pis oğlan” hesab edir, hərçənd bunu açıq şəkildə dilə gətirmir.

Xatirə SADİQ