Zelenski Dobropol əks-əməliyyatının təfərrüatlarından danışdı
Donetsk vilayətinə səfər edən Ukrayna prezidenti Volodimir Zelenski burada Dobropola əks-hücum əməliyyatında iştirak edən hərbçilərlə görüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında məlumat paylaşıb.
“Döyüşçülər addımbaaddım bizim torpaqlarımızı azad edirlər: əməliyyat başlayandan artıq 160 kvadrat kilometr ərazi və yeddi yaşayış məntəqəsi, daha 170 kvadrat kilometr ərazi və doqquz yaşayış məntəqəsi işğalçılardan təmizlənib. 100-ə yaxın işğalçı əsir götürülüb və təkcə bu həftələrdə ruslar artıq yaralılarla və həlak olanlarla minlərlə itki verib”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri sentyabrın ilk həftələrindən başlayaraq Dobropol istiqamətində ərazilərin Rusiya işğalından azad etməyə başlayıb.
Xatirə SADİQ