Köləliklə bağlı fotoşəkillərin yığışdırılması əmr olundu - ABŞ-də
ABŞ prezidenti Donald Tramp milli parklardan köləliklə bağlı fotoşəkillərin və məlumatların yığışdırılmasını əmr edib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “The Washington Post” (WP) iddia edib.
Məlumata görə, söhbət xüsusilə 1863-cü ildə çəkilmiş məşhur “Battered Back” (“Döyülmuş kürək”) fotoşəkildən gedir. Həmin şəkildə Luiziana ştatının Baton-Ruj şəhərində qamçılama nəticəsində kürəyində gözəçarpan çapıqlar olan Peter adlı keçmiş kölə təsvir olunub. Bu fotoşəkil Amerikada vətəndaş müharibəsi zamanı abolisionist (zənci kölələyinin ləğvi – red.) hərəkatının əsas rəmzi oldu və ləğvin lehinə ictimai rəyə əhəmiyyətli dərəcədə təsir etdi.
“The Washington Post”a görə, Tramp “Amerika tarixinə həqiqət və ağlın bərpası” əmri adı altında irqçilik, seksizm və yerli xalqların təqibinə aid materialların geniş şəkildə yığışdırılmasını əmr edib. Milli Park Xidmətinin (NPS) əksər rəsmi nümayəndələri uyğunsuz hesab etdikləri məzmunla bağlı hesabat verirlər.
NPS nümayəndəsi qeyd edib ki, bütün materiallar hazırda baxışdan keçirilir. Lakin o, konkret silinmənin aparılmadığını təsdiqləməkdən imtina edib. Eyni zamanda əlavə edib ki, "ABŞ tarixinin mənfi tərəflərini vurğulayan interpretasiya materialları kommersiya anlayışını təhrif edə bilər”.
WP yazır ki, direktivin təsirinə məruz qalan yerlərdən biri Qərbi Virciniyadakı Harper's Ferry adına Milli Tarix Park və Corc Vaşinqtonun doqquz qul saxladığı Filadelfiyadakı prezident iqamətgahıdır.
Xatirə SADİQ