“Gürcü legionu” komandirinə Slovakiyaya giriş yasaqlandı
Slovakiya “gürcü legion”nun komandiri Mamuka Mamulaşvilinin ölkəyə girişini qadağan edib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu, Fitso hökumətinin ölkədə mümkün çevriliş cəhdini “gürcü legion”nu əlaqələndirməsindən sonra baş verib.
Slovakiya Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Matus Şutay Eştokun sözlərinə görə, ölkəyə girişi qadağan edilən şəxslər siyahısına, ümumilikdə, 10 nəfər daxil edilib və onların sayı arta bilər.
Baş nazir Robert Fitso mətbuat konfransında jurnalistin məhz Ukraynada Rusiyaya qarşı döyüşən “Gürcü legionu” komandirinin Slovakiyada etiraz aksiyalarını məhz necə təşkil etməli olduğu barədə sualına cavab verməyib. Lakin o, medianı Fitso hökumətinin sona çatmasına dəstək verməkdə ittiham edib.
Baş nazir mətbuat konfransında Mamulaşvilinin “Ukrayna üçün Sülh” təşəbbüsündən Lüsi Ştasselova və “Denník N” şərhçisi Martin M.Şimeçka ilə birgə fotosunun olduğunu göstərib.
Ştasselova təxminən iki il əvvəl Mamulaşvili ilə Slovakiyada tanış olubş. Bu, Mamulaşvilinin kitabının müzakirəsində baş verib. Şimeçka isə “Dennik N”dən olan jurnalistlərlə birlikdə Slovakiya vətəndaşları tərəfindən toplanan təcili yardım maşınlarını və humanitar yardımı Mamulaşvilinin bölməsinə çatdıran ekspedisiyanın tərkibində olub.
Slovakiya İnformasiya Xidmətinin (SIS) direktoru Pavel Qaşparın sözlərinə görə, kəşfiyyat xidməti “Gürcü legionu”nun dövlət sektoru və müxalifətlə şəxsi və iqtisadi əlaqələrini təsdiqləyib. Amma o, söhbətin hansı əlaqələrdən getdiyinə aydınlıq gətirməyib.
Qaşpar həmçinin bildirib ki, “xüsusi qrup” yaradılıb və bu qrupa məxfi əməkdaşlardan başqa polis və maliyyə idarəsinin əməkdaşları da daxildir: “Bu gün biz subsidiya fırıldaqları kimi cinayətlərin törədilməsinə dair şübhələrdən artıq danışa bilərik”.
“Gürcü legion” Slovakiya hakimiyyətinin əsassız və absurd ittihamlarını rədd edib. “Bu bəyanatlar 2014-cü ildən Rusiya təcavüzünə qarşı mübarizədə Ukrayna ilə yanaşı döyüşən bölməmizi şüurlu şəkildə gözdən salmaq cəhdindən başqa bir şey deyil. Bu, ilk dəfə deyil ki, biz siyasi motivli dezinformasiya hədəfinə çevrilirik", - deyə legionun “Facebook”da yaydığı bəyanatda bildirilib.
Xatirə SADİQ