"20 ədəd..." - Ukraynanın NATO-dan YENİ TƏLƏBİ

"Bundan sonra da Rusiyanın hava hücumlarını effektiv şəkildə dəf etmək üçün Ukrayna NATO ölkələrindən ən azı iyirmi hava hücumundan müdafiə sistemi istəyir".

Dec 3, 2024 - 17:37
"20 ədəd..." - Ukraynanın NATO-dan YENİ TƏLƏBİ

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa NATO ölkələri üzrə həmkarları ilə görüşdən öncə deyib.

Nazir qərbli həmkarları ilə Rusiyanın son raket hücumundan sonra enerji sektorundakı vəziyyəti və “hava qalxanı”nın gücləndirilməsi imkanlarını müzakirə edəcəyini söyləyib.

“Biz artıq tərəfdaşlarımızı təcili ehtiyaclarımız barədə məlumatlandırmışıq və çevik reaksiyaları üçün onlara minnətdarıq. Biz ən azı 20 əlavə sistemin – “Hawk”, “NASAMS”, “IRIS-T”nin təcili tədarükündən danışırıq, bu da bizə işıq kəsilməsinin qarşısını almağa kömək edəcək. Biz başa düşürük ki, Rusiya bizi elektrik enerjisi istehsal etmək imkanından məhrum etmək istəyir. Ona görə də böyük dəstək və böyük həmrəylik lazımdır”, -  nazir əlavə edib.

Xatirə SADİQ