Ukraynalı uşaqlar Rusiyaya Putinin təyyarəsində aparılıb - ŞOK İDDİA
Rusiya Prezidenti Vladimir Putinin təyyarələrindən və vəsaitlərindən işğal olunmuş Ukrayna ərazilərindən uşaqların deportasiyası və rus ailələrinə verilməsi məsələsində istifadə olunub.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yel Universitetinin İctimai Sağlamlıq Məktəbinin araşdırmasında qeyd edilib.
“Reuters”ə təqdim olunan yeni hesabatda ehtimal edilən deportasiya proqramı və bu işdə iştirak edən şəxslər barədə ətraflı məlumat verilir.
Yel Universitetinin Humanitar Elmlər Tədqiqat Laboratoriyasının icraçı direktoru Nataniel Reymond bildirib ki, araşdırmanın nəticələrini çərşənbə günü BMT Təhlükəsizlik Şurasına təqdim etməyi planlaşdırır.
Reymond qeyd edib ki, araşdırmada Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin əleyhinə əlavə ittihamlarını təsdiqləyən dəlillər var. Bu, insanları bir milli və etnik qrupdan digərinə “zorla köçürmək” ittihamı ilə bağlıdır.
O həmçinin vurğulayıb ki, hesabat ukraynalı uşaqların deportasiyasının Rusiya vətəndaşı olmasına yönəlmiş sistemli, Kreml tərəfindən idarə olunan proqramın bir hissəsi olduğunu sübut edir.
“Reuters”in sualına cavab olaraq, ICC prokurorluğu hesabatın bu iş üzrə gələcək işlərində faydalı olacağını bildirib, lakin əlavə məlumat verməkdən imtina edib.
Ukrayna prezidentinin ofisi şərh tələblərinə cavab verməyib, Ukrayna Baş Prokurorluğu hələlik heç bir şərh verə bilməyəcəyini bildirib.
Xatirə SADİQ