Bayden və Şolts Ukraynanı dəstəkləməkdən danışdılar
ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts bundan sonrakı əməkdaşlığın davam etdiyini təsdiqləyiblər.
SAVASHMEDİA.az xəbər verir ki, dövlət başçıları arasında söhbət barədə Ağ Ev məlumat yayıb.
Məlumatda deyilir ki, bu, Almaniyaya səfərin ləğvindən sonra baş verib. Co Bayden iki ölkə arasımda münasibətlərin dəyişməz sarsılmazlığını vurğulayıb və geosiyasi prioritetlər, o cümlədən Ukraynanın Rusiya təcavüzündən müdafiəsini dəstəkləmək üzrə sıx əməkdaşlığı davam etdirmək niyyətini qeyd edib.
Xatirə SADİQ