Ankara Berlindən müsbət siqnallar gösləyir

Türkiyə hökuməti 40 “Eurofighter Typhoon” qırıcısının alınması məsələsində Almaniyadan müsbət siqnallar gözləyir.

Oct 11, 2024 - 11:17
Ankara Berlindən müsbət siqnallar gösləyir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “dpa” agentliyi məlumat yayıb.

Mənbələr bildiriblər ki, “texniki müzakirələr” hələ də davam edir. Türkiyə müdafiə qabiliyyətini 40 “Eurofighter Typhoon” qırıcısı ilə gücləndirməyə ümid edir.

Qeyd edək ki, Almaniya “Eurofighter”in istehsalında iştirak edir və ixrac müqaviləsi bağlamaq üçün Berlinin də razılığı tələb olunur.

2016-cı ilə qədər Almaniya Türkiyəyə geniş miqyasda silah ixracına razılığını verirdi. Çevriliş cəhdindən və Türkiyənin Suriyanın şimalını işğal etməsindən sonra Almaniyanın Türkiyəyə silah ixracı əhəmiyyətli dərəcədə azaldı.

Bu yaxınlarda KİV-də Almaniyanın uzun müddətdən sonra ilk dəfə olaraq Türkiyəyə əhəmiyyətli miqdarda silah satışına icazə verdiyi barədə məlumatlar yayıldı. 

Xatırladaq ki, Türkiyə keçən ildən etibarən Almaniyadan satınalma icazəsi almaqda israr edir. Həmin vaxt Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirmişdi ki, Ankara artıq Böyük Britaniyanın, İspaniyanın və qalan podratçıların razılığına malikdir.

İyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsu Ankaraya “Eurofighter” qırıcılarının satışına qoyulan qadağanı ləğv etməyə çağırdı. 

Xatirə SADİQ