Yeni biometrik giriş nəzarət sisteminin tətbiqi ertələndi – Avropa İttifaqı
Avropa İttifaqı (Aİ) birliyə daxil olmayan ölkələrin vətəndaşlar üçün yeni biometrik giriş nəzarət sisteminin tətbiqini təxirə salır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reusters” məlumat yayıb.
Məlumatda deyilir ki, bu sistemin işə salınması noyabrın 10-da nəzərdə tutulmuşdu. Lakin Aİ-nin daxili işlər məsələləri üzrə komissarı İlva Yoxansson bildirib ki, planlaşdırılan sistem noyabrın 10-da işləməyəcək.
“10 noyabr daha müzakirə olunmur”, - deyə komissar bildirib.
Onun sözlərinə görə, yeni cədvəl yoxdur, lakin mərhələli şəkildə təqdimat nəzərdən keçirilir.
Giriş/Çıxış Sistemi (EES) keçid sənədini şəxsiyyəti təsdiqləyən biometrik şəxsiyyət məlumatları ilə əlaqələndirən rəqəmsal qeyd yaradacaq və Aİ-nin xarici sərhədində pasportların əllə möhürlənməsi zərurətini aradan qaldıracaq.
Xatirə SADİQ