Şolts elan etmədən Kiyevə səfər etdi
Almaniya kansleri Olaf Şolts dekabrın 2-də səhər saatlarında elan olunmamış səfərlə Kiyevə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Tagesschau”-ya istinadən Ukrayna KİV-ləri məlumat yayıb.
Alman kansleri Kiyevdə Rusiyanın silahlı təcavüzünə müqavimət göstərən Ukraynanı dəstəklədiyini bəyan edib.
Olaf Şoltsun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
Xatırladaq ki, bu günlərdə alman kanslerinin Ukrayna prezidenti ilə telefon danışığı olmuşdu. Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı barədə Ukraynanın dövlət başçısına ətraflı məlumat vetmişdi.
Xatirə SADİQ