Elan olunmamış müharibə, Tramp Venesuelaya niyə hücum etdi? - DETALLAR 

ABŞ hərbi qüvvələrinin Venesuelaya hücum etməsi ilə bağlı xəbərlər yayılıb.

Jan 3, 2026 - 12:02
Jan 3, 2026 - 12:17
Elan olunmamış müharibə, Tramp Venesuelaya niyə hücum etdi? - DETALLAR 

SAVASHMEDİA.az xarici mənbələrə istinadla xəbər verir ki, ABŞ Venesuelaya rəsmən müharibə elan etməsə də, paytaxt Karakasa və ətraf rayonlardakı hərbi bazalara zərbələr endirib.   

Venesuela paytaxtında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.

Bəs nə baş verir?

ABŞ bu əməliyyatları narkotiklə mübarizə və təhlükəsizlik siyasəti kimi əsaslandırsa da, Venesuela hökuməti bunun suverenliyə müdaxilə olduğunu iddia edir.

ABŞ–Venesuela gərginliyinin əsas səbəblərində biri budur ki, Vaşinqton Nicolas Maduro hökumətini legitim saymır və onu avtoritar idarəçilikdə ittiham edir. Venesuela isə ABŞ-ı hakimiyyəti dəyişmək istəməkdə günahlandırır.

Venesuela dünyanın ən böyük neft ehtiyatlarından birinə malikdir. ABŞ illərdir sanksiyalarla Venesuela neftini sıxışdırır, Venesuela isə bunu iqtisadi müharibə adlandırır.

ABŞ Venesuela ərazisindən narkotik daşınmasında hökumətə yaxın qrupların iştirak etdiyini deyir. ABŞ-ın bəzi hərbi əməliyyatları “narkotiklə mübarizə” adı ilə əsaslandırılır.

Venesuela isə bunu bəhanə hesab edir.

Venesuela Rusiya və Çinlə yaxın əməkdaşlıq edir. ABŞ bunu öz təhlükəsizliyi üçün risk kimi görür.

Oğuz