HƏMAS danışıqlara qayıtmağa hazırdır
Fələstinin HƏMAS hərəkatı İsrail ilə Qəzza zolağında atəşkəs barədə bilvasitə danışıqlara qayıtmağa hazır olduğunu bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə bəyanat təşkilatın “Telegram” kanalında dərc edilib.
"Biz mübahisəli məsələlərdə konsensusa nail olmaq üçün Qəzza ilə bağlı dolayı danışıqlara dərhal qayıtmağa hazır olduğumuzu təsdiqləyirik", - bəyanatda deyilir.
Eyni zamanda, HƏMAS "Fələstin anklavında daimi atəşkəsin təmin edilməsini və İsrail hərbçilərinin oradan tam çıxarılmasını" məcburi şərt hesab etdiyini əlavə edib.
Xatırladaq ki, daha əvvəl Misir və Qətər Qəzza zolağında 60 günlük atəşkəs razılaşmasının tezliklə əldə olunacağına ümid etdiklərini bildirən birgə bəyanatla çıxış ediblər. Qahirə və Doha həmçinin hazırda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun təklifi əsasında İsrail və HƏMAS arasında mövcud mübahisəli məsələləri həll etməyə çalışdıqlarını vurğulayıblar.
Yağmur