QMİ-dən Həccə getmək istəyənlərə XƏBƏRDARLIQ!
“Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi dünyadakı bütün Həcc missiyalarından Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir. Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri bildirib.
“Ona görə, Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasından asılı olmayaraq, sənədlərin qəbulu 15 fevral tarixində bitəcək” – V. Cahangiri qeyd edib.