Bdzina İvanişvili pozuntuda ittiham edildi – “Güclü Gürcüstan”

“Güclü Gürcüstan”ın nümayəndəsi Ana Natsvlişvili hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilini səsvermə qaydalarını pozmaqda ittiham edib. 

Oct 26, 2024 - 19:02
Bdzina İvanişvili pozuntuda ittiham edildi – “Güclü Gürcüstan”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-I məlumat yayıb. 

Onun sözlərinə görə, B.İvanişvilinin səs verdiyi vaxt məntəqənin bağlanması səbəbindən vətəndaşlar səs verə bilməyib.

Ana Natsvlişvili Mtatsminda vilayətinin 1 saylı 3-cü dairəsinin sədrini və komissiya üzvlərini Gürcüstan qanunvericiliyinə əməl etməyə çağırıb.

“Bu gün rusiyalı oliqarx səsvermə zamanı Gürcüstan qanununu pozub. O, seçki məntəqəsini bağlayan təhlükəsizlik qüvvələrinin görünməmiş səfərbərliyi şəraitində səs verib. Oliqarx seçki məntəqəsində olduğundan və səs verdiyindən vətəndaşlar səsvermə hüququndan istifadə edə bilməyib. Bu, qanun pozuntusudur. Bu şəkildə səsvermə Gürcüstanda, nə də Avropanın heç bir yerində qanunvericilikdə nəzərdə tutulmayıb. “Güclü Gürcüstan”ın nümayəndəsi bununla bağlı şikayət ərizəsi ilə çıxış edib və bu, komissiyanın qəzəbli reaksiyası ilə nəticələnib. Hətta indi, bu dəqiqə Gürcüstan qanunvericiliyini müdafiə etmək niyyətində olan və qanuna müvafiq olaraq qanunsuzluq haqqında şikayət yazmaq istəyən təmsilçimizə öz səlahiyyətlərini həyata keçirməyə icazə verilmir, bununla da ölkə qanunu əlavə olaraq pozulur. Mən üçüncü rayonun, Mtatsmindanın birinci rayonunun sədrinə və Komissiya üzvlərinə səslənirəm – rusiyalı oliqarxı yox, bu ölkənin qanunvericiliyini müdafiə edin! Bu sizin məsuliyyətinizdir!” – deyə  Ana Natsvilişvili xüsusi brifinqdə bildirib.

Qeyd edək ki, Bidzina İvanişvilini seçki məntəqəsində mühafizə müşayiət edib. O, səs verdikdən sonra jurnalistlər ondan şərh almağa çalışsalar da, mühafizə əməkdaşları onlara İvanişviliyə yaxınlaşmağa imkan verməyib. 

Xatirə SADİQ