ABŞ-Ukrayna danışıqları Berlində davam etdiriləcək

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar 15 dekabrda Berlində davam etdiriləcək.

Dec 15, 2025 - 00:24
ABŞ-Ukrayna danışıqları Berlində davam etdiriləcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda müzakirə olunan konkret təkliflər açıqlanmır. Bununla belə, nəşr yazır ki, ABŞ hökuməti ilkin mərhələdə Berlində aparılan danışıqların uğur qazanacağına ümidlə yanaşıb.

Aytən