İsrail qoşunları Dəməşqin kənarına çatıb – “Əl Mayadeen”
İsrail qoşunları Qolan yüksəkliklərinin bütün keçmiş bufer zonasını ələ keçirdikdən sonra Suriyanın dərinliklərinə doğru irəliləyərək, Dəməşqin kənarındakı yaşayış məntəqələrinə çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Əl Mayadeen” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hazırda İsrail silahlı qüvvələri Dəməşqdən təxminən 20 km aralıda yerləşən Qətna şəhəri ərazisindədir. Onlar yol boyu bir neçə şəhər və kəndi, o cümlədən Aarna, Bəqasm, Ər-Remeh, Hina, Qala, Cəndal, Əl-Hüseyniyyə, Cita və Əl-Xəşabı ələ keçiriblər.
“Russia Today” telekanalının ərəb xidməti xəbər verir ki, qoşunlar irəliləyərkən İsrailin dronları Suriya paytaxtına fasiləsiz hücumlar edir.
Xatırladaq ki, dekabrın 8-də suriyalı müxalifətçilər Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident səlahiyyətlərindən imtina edərək ölkədən qaçıb. Sonradan onun Rusiyada siyasi sığınacaq aldığı məlum olub.
Xatirə SADİQ