Aİ liderləri təcili videokonfransa toplaşacaqlar
Avropa İttifaqı (Aİ) liderləri Makron-Tramp görüşünü müzakirə etmək üçün təcili videokonfransı keçirəcəklər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Antoniu Koşta bildirib.
“Avropa Şurasının martın 6-da keçiriləcək xüsusi iclasına hazırlaşmaq üçün mən sabah səhər prezident Emmanuel Makronun Vaşinqtona son səfəri ilə bağlı hesabatını dinləmək üçün Aİ Şurasının üzvlərinin video konfransı təşkil edəcəyəm”, - deyə Avropa Şurasının prezidenti Antonio Kosta vurğulayıb.
Makron isə sosial şəbəkədə yazıb ki, Vaşinqtondan qayıtdıqdan sonra baş nazir Kir Starmer və prezident Vladimir Zelenski ilə danışıb. “Biz Ukraynada möhkəm və uzunmüddətli sülhün bərqərar olması üzərində işləmək qətiyyətinə malikik”.
Xatirə SADİQ