Macarıstan Aİ-yə iki şərt irəli sürüb
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının uzadılması üçün Macarıstan şərtlər irəli sürüb.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Macarıstan 8 nəfəri Aİ-nin Rusiyaya qarşı sanksiyaları siyahısından çıxarmaq və Ukrayna ərazisindən qaz tranziti ilə bağlı danışıqlar üçün yeni təminatlar almaq istəyir.
Müzakirələrin məxfiliyi səbəbindən diplomatlar Macarıstanın sanksiyalar siyahısından çıxarmaq istədiyi şəxslərin adlarını çəkməkdən imtina ediblər.
Qeyd edək ki, sanksiyalar altı aydan bir yenilənməlidir. Onların müddəti martın 15-də başa çatır, sanksiyaların uzadılmasına dair qərar isə martın 10-dək verilməlidir.
Xatirə SADİQ