Litva prezidenti Slovakiya baş nazirini tənqid etdi
Litva prezidenti Gitanas Nauseda Slovakiyanın baş naziri Robert Fitsonun Rusiyaya səfərini kəskin tənqid edib.
SAVASHMEDİA.az “Delfi” portalına istinadən xəbər verir ki, Litva prezidenti bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Sizin sevginiz nə qədər ucuzdur?”, - deyə Nauseda vurğulayıb.
Litva dövlət başçısı qeyd edib ki, ölkəsi bu yolla getməyəcək: “Vilnüs hər hansı siyasi öhdəlik olmadan enerji sektorunda müstəqilliyə və bazar qiymətlərinə üstünlük verir”.
Qeyd edək ki, Fitso Moskvaya qəfil səfərini və Putinlə görüşünü Zelenskiyə cavab kimi şərh edib. Onun iddiasına görə, bu, Ukrayna prezidenti Volodimir Zelenskinin öz ölkəsinin ərazisindən Rusiyanın qaz tranzitinin keçməyəcəyini söylədiyinə görə baş verib.
Slovakiyanın baş naziri etiraf edib ki, Rusiya lideri Qərbə qaz tədarükünü davam etdirməyə hazır olduğunu təsdiqləyib, lakin bunu 2025-ci ildə mümkün hesab etmədiyini söyləyib.
Xatirə SADİQ