ABŞ-İran görüşünün yeri dəyişdirildi

ABŞ ilə İran arasında nüvə danışıqlarının ikinci raundu aprelin 19-da Romada keçiriləcək.

Apr 14, 2025 - 13:45
ABŞ-İran görüşünün yeri dəyişdirildi

SAVASHMEDİA.az bu barədə “Axios” portalına istinadən xəbər verir.

Məlumata görə, Tramp administrasiyası Omandakı danışıqların ilk raundundan razı qalıb, çünki danışıqlar plan üzrə gedib və formatı dolayıdan birbaşaya dəyişmək məqsədinə nail olub.

Odur ki, Tramp administrasiyası bu formatın Romada keçirilməsini istəyir və məkanın dəyişdirilməsini Amerika tərəfi təklif edib. 

Mənbənin sözlərinə görə, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi şənbə günü 45 dəqiqəyə yaxın danışıblar, bu isə elan edilən vaxtdan daha çox olub.

O, ABŞ ilə İranın rəsmi şəxsləri arasında son səkkiz ilin ən yüksək səviyyəli dialoqu olan söhbəti “məzmunlu, ciddi və əla” adlandırıb.

ABŞ indi İranın yaxın gələcəkdə öz nüvə proqramını silah variantından uzaqlaşdırmaq üçün addımlar atmasını istəyir. 

Mənbələrdən biri bildirib ki, belə addımlardan biri İranın zənginləşdirilmiş uranın 60 faizə yaxın ehtiyatını “qarışdırmaq” ola bilər, bu, altı nüvə bombası üçün kifayətdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar günü deyib ki, İranın məqsədi sanksiyaları ləğv etməkdir. 

KİV yazır ki, danışıqların ikinci mərhələsi Omanda baş tutmasa da, omanlı vasitəçilər iştirak edəcək. Amma bu dəfə danışıqlar eyni otaqda oturan İran və Amerika rəsmilərinin iştirakı ilə keçirilə tuta bilər.  

Xatirə SADİQ