Vens Ermənistanda, Paşinyanla görüşdü

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda görüşüb.

Feb 9, 2026 - 18:41
Vens Ermənistanda, Paşinyanla görüşdü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Görüş İrəvanın Baqramyan prospektində yerləşən prezident rezidensiyasında keçirilir.

Qeyd edək ki, ABŞ vitse-prezidenti İrəvandan sonra Bakıya gələcək.

Vensin səfəri çərçivəsində ikitərəfli əməkdaşlıqla yanaşı, sülh məsələsi, regional təhlükəsizlik və TRIPP layihəsi müzakirə olunacaq.