Oğlu Benyamin Netanyahuya hücum etdi – Belə cəzalandırıldı
Oğlu İsrailin Baş naziri Benyamin Netanyahunu vurmaq istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Netanyahunun təhlükəsizlik xidmətinin sabiq rəisi Ami Dror çıxış edib.
O bildirib ki, Yair Netanyahu atasına hücum edib:
“İsraili sarsıdan biabırçı hadisə baş verdi. Təhlükəsizlik xidmətinin əməkdaşları iqamətgahdakı davanın sonlanması üçün müdaxilə etməyə məcbur oldular".
A.Dror qeyd edib ki, bu hadisədən sonra Yair Netanyahu Mayamiyə göndərilib.
Qeyd edək ki, Benyamin Netanyahu 3 dəfə ailə qurub. İlk evliliyindən Noa adlı bir qızı var. Yair və Avner adlı oğulları isə üçüncü evliliyindəndir.
Banu