Tramp ilk xarici səfərini bu ölkəyə edəcək

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın ilk xarici səfəri dekabrın 7-də Fransaya olacaq.

Dec 3, 2024 - 14:10
Tramp ilk xarici səfərini bu ölkəyə edəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” social şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, dekabrın 7-də Fransaya səfərə yollanaraq Parisdə bərpa edilmiş Notr-Dam kilsəsini ziyarət edəcək.

“Şənbə günü (7 dekabr) beş il öncə baş vermis dağıdıcı yanğından sonra tamamilə bərpa edilmiş əlamətdar və tarixi Notr-Dam Katedralinin yenidən açılışında iştirak etmək üçün Parisə, Fransaya səfər edəcəyimi elan etməkdən şərəf duyuram. Prezident Emmanuel Makron Notr Damın tam şöhrətinə qaytarılmasını təmin etmək üçün möhtəşəm iş görüb. Bu, hər kəs üçün çox xüsusi bir gün olacaq!”, - deyə Tramp əlavə edib.

Qeyd edək ki, UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş Notr-Dam kilsəsi 2019-cu ilin aprel ayında yanmışdı. 2024-cü ilin noyabr ayının əvvəlində Notr Damda yanğından sonra ilk dəfə zəng çalındı.

Xatirə SADİQ