“Təhlükəsizliyin yeganə təminatı NATO-ya tamhüquqlu üzvlükdür” – Ukrayna XİN
Ukrayna NATO üzvlüyünə alternativ formatlardan əvvəlcədən imtina edir.
SAVASHMEDİA.az xəbər verir ki, NATO-nun nazirlər toplantısının başlandığı gün Ukrayna Xarici İşlər Nazirliyi (XİN) mümkün təhlükəsizlik təminatları ilə bağlı öz rəsmi mövqeyini açıqlayıb.
XİN-in bəyanatında deyilir ki, bu, Rusiyanın təcavüzünün qarşısını almaq üçün vasitə sayıla bilər.
“Biz əminik ki, Ukrayna üçün təhlükəsizliyin yeganə real təminatı, eləcə də Rusiyanın Ukraynaya və digər dövlətlərə qarşı təcavüzünün qarşısının alınması Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyüdür. Budapeşt Memorandumunun acı təcrübəsini arxada qoyaraq, biz Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyünə heç bir alternativ, surroqat və ya əvəzediciləri qəbul etməyəcəyik”, - deyə XİN vurğulayıb.
Xatirə SADİQ