"Pilot yaralı idi, iranlılar həmin dağa yaxınlaşırdı..." - Tramp xilas əməliyyatından DANIŞDI

ABŞ daha əvvəl İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş F-15 qırıcısının ağır yaralanmış ekipaj üzvünü xilas edib.

Apr 5, 2026 - 19:35
"Pilot yaralı idi, iranlılar həmin dağa yaxınlaşırdı..." - Tramp xilas əməliyyatından DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"Biz İran dağlarında olan ağır yaralanmış cəsur F-15 ekipaj üzvünü, zabitini xilas etdik. İran hərbçiləri fəal axtarış aparır və yaxınlaşırdılar. O, çox hörmətli polkovnikdir. İnsanlar və texnika üçün təhlükə səbəbindən belə reydlər olduqca nadir hallarda həyata keçirilir", - paylaşımda qeyd olunub.

Trampın sözlərinə görə, amerikalı hərbçi İran səmasında yeddi saatlıq ikinci reyd nəticəsində xilas edilib.

"Bazar ertəsi, saat 13:00-da Oval kabinetdə hərbçilərlə birgə mətbuat konfransı keçirəcəyəm", - Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.

Bu bəyanat İranın ABŞ Silahlı Qüvvələrinin vurulan Amerika təyyarəsinin pilotlarını xilas etmək üzrə uğursuz cəhdi barədə verdiyi məlumatın fonunda səsləndirilib.