Tramp Putindən qeyd-şərtsiz atəşkəs tələb edəcək - Fransa XİN 

ABŞ prezidenti Donald Tramp Alyaska görüşündə rusiyalı həmkarından qeyd-şərtsiz atəşkəs tələb edəcəyini bildirib

Aug 14, 2025 - 11:48
Tramp Putindən qeyd-şərtsiz atəşkəs tələb edəcək - Fransa XİN 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Barro X sosial şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, bu hadisə avqustun 13-də ABŞ prezidentinin Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə onlayn danışıqları zamanı baş verib. Tramp bununla bağlı Ukrayna nümayəndə heyətinə və müttəfiqlərinə müraciət edib. 

ABŞ prezidenti həmçinin vurğulayıb ki, Ukrayna əraziləri ilə bağlı istənilən danışıqlar yalnız Putinlə növbəti görüşdə Ukrayna prezidentinin iştirakı ilə aparılacaq.

Ağ Evin rəhbəri ölkəsinin Fransa, Böyük Britaniya və Almaniyanın tərkibində olduğu “istəklilər koalisiyası” ölkələri tərəfindən hazırlanmış beynəlxalq təhlükəsizlik təminatları sisteminə qoşulacağını da vəd edib.

Xatirə SADİQ