Azərbaycana gətirilən Əfqan Sadıqov dindirildi və... - Sərbəst buraxıldı
Əfqan Sadıqov Azərbaycana deportasiya edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Nemət Kərimli məlumat verib.
Vəkil bildirib ki, Əfqan Sadıqov ölkəyə gətirilib və Dövlət Miqrasiya Xidmətində dindirilib.
O qeyd edib ki, Əfqan Sadıqov günün ikinci yarısında sərbəst buraxılıb.