Azərbaycanın məşhur futbolçusu VƏFAT ETDİ - FOTO

Gəncə futboluna ağır itki üz verib.

Sep 7, 2026 - 00:47
Sep 7, 2026 - 01:46
Azərbaycanın məşhur futbolçusu VƏFAT ETDİ - FOTO

SAVASHMEDİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, veteran futbolçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib.

“Kəpəz” klubunun yetirməsi olan futbolçu komandanın heyətində iki dəfə ölkə çempionu olub, ölkə kubokunu qazanıb. Mərhum futbolçu karyerası ərzində “Turan Tovuz” və “Qarabağ"ın da formasını geyinib.

Veteran futbolçu həmçinin 2010-2013-cü illərdə “Kəpəz”in əvəzedicilərinin, 2013-2014-cü ildə isə əsas komandanın köməkçi məşqçisi olub.

Mərhum sabah dəfn olunacaq.