Zurabişviliyə yumurta atdılar, polis müdaxilə etmədi

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Münhen Təhlükəsizlik Konfransından qayıdarkən Tbilisi beynəlxalq hava limanında təhqirlərə və yumurta atəşinə məruz qalıb.

Feb 18, 2025 - 17:06
Zurabişviliyə yumurta atdılar, polis müdaxilə etmədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Pirveli” televiziyası məlumat yayıb. 

Telekanalın məlumatına görə, hava limanında bir gün öncə keçmiş baş nazir Giorgi Qaxariyaya qarşı baş verən yumurta insidentində olduğu kimi, polis hadisələrə müdaxilə etməyib.

Daxili İşlər Nazirliyi insidentlə bağlı suallara cavab verməyib. Zurabişvili də hadisəni şərh etməyib. 

Telekanal qeyd edib ki, hazırda hadisə ilə bağlı görüntülərə giriş əlcatan deyil.
 
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer “X” sosial şəbəkəsində keçmiş prezidentə dəstəyini ifadə edib. 

“Bu gün Tbilisi hava limanında hücuma məruz qalan Salome Zurabişvili ilə həmrəyliyimi bildirirəm. Bu, son iki gündə gəliş zalında sərnişinlərə ikinci hücumdur. “TAV Airport” təhlükəsiz yerdirmi? Bunun nəticələri olacaqmı?”, deyə diplomat sual edib. 

Xatirə SADİQ