Paris bu müttəfiqlikdən narahatdır – Fransa KİV 

Fransanın baş naziri Fransua Bayru cari hadisələrlə 1930-cu illər arasında paralellər görür.

Feb 18, 2025 - 17:01
Paris bu müttəfiqlikdən narahatdır – Fransa KİV 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə BFMTV hökumət görüşündə iştirak edən mənbəyə istinadən məlumat yayıb. 

Mənbənin sözlərinə görə, baş nazir ABŞ prezidenti ilə Kreml rəhbəri arasında “müttəfiqlik” əlamətlərindən narahatdır.

Bayru guya bir gün əvvəl Yelisey Sarayında baş tutan Avropa liderlərinin görüşünün qorxuları azaltmağa kömək etmədiyini, 1945-ci ildən bəri ilk dəfə müharibənin Avropaya, Fransaya gələ biləcəyini söyləyib.

“Putin və Tramp arasında Avropanı marginallaşdıran ağlasığmaz ittifaqı görə bilərsiniz” deyən baş nazir Avropa İttifaqını (Aİ) bu situasiyada zəif gördüyündən məyusluğunu bildirib. 

Xatırladaq ki, fevralın 17-də keçirilən təcili sammitdə 8 ölkənin – Aİ-nin ən iri dövlətlərinin və Böyük Britaniyanın liderləri, eləcə də NATO-nun baş katibi və Aİ-nin rəhbərliyi iştirak edib. Bəzi ölkələr dəvət olunmadıqlarına görə məyus olduqlarını bildiriblər.

Xatirə SADİQ