Tramp və Putin “Avropanın ən pis kabusu” adlandırıldı
“The Economist” nəşri üz qabığında ABŞ-Rusiya münasibətlərininın hazırkı durumunu əks etdirən illüstrasiya yerləşdirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumatı ukraynalı jurnalist Dmitri Qordon öz “telegram” kanalında paylaşıb.
İllistrasiyada Amerika prezidenti Donald Tramp və Putin böyük stol arxasında oturublar. Təsvirin altında “Avropanın ən pis kabusu” yazılıb.
Bu illüstrasiya “Tramp və Putinin müharibədən sonrakı nizamı necə məhv etməsinə Avropa necə reaksiya verməlidir” məqaləsi üçün hazırlanıb.
Xatirə SADİQ