Britaniyalılar Ukraynaya dəstəyi seçdi - FOTO
Britaniyalılar hesab edirlər ki, onların ölkələri üçün ABŞ ilə yaxşı münasibətlər saxlamaqdansa, Ukraynanı dəstəkləmək daha vacibdir.
SAVASHMEDİA.az xəbər verir ki, bu fakt YouGov-un keçirdiyi sorğu zamanı məlum olub.
Sorğuda iştirak edən britaniyalı respondentlərin 48%-i Britaniya hökumətinin Ukraynaya dəstək verməsinin daha vacib olduğunu, 20%-i ABŞ ilə yaxşı münasibətlərin saxlanmasının daha vacib olduğunu bildirib. Onların 14%-i bu variantlardan heç birini seçməyib, 18%-i isə qərarsız olduğunu söyləyib.
Qeyd edək ki, YouGov sorğunu bu gün Böyük Britaniyada 5268 böyüklər arasında keçirib.
Xatirə SADİQ