Gürcüstan səfiri ABŞ Dövlət Departamentinə çağrılıb? - AÇIQLAMA
“Gürcüstan səfiri Tamar Taliaşvili ABŞ Dövlət Departamentinə çağrılmayıb. Bu barədə yayılan məlumat həqiqətə uyğun deyil”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
O, son günlər ərzində xanım səfirlə bir neçə dəfə danışdığını bildirib.
“Səfirin bu günlərdə bir neçə görüşü olub. O, ABŞ Dövlət Departamentinə bir dəfə də olsun belə çağrılmayıb”, - İ. Kobaxidze əlavə edib.